Dərslərimiz

Mexanika

Təcrübəli müəllimimiz cəmi 3 saat ərzində sizə mexaniki sürətlər qutusunda idarəetməni öyrədəcək. İmtahan öncəsi bu lazımlı bir məşqdir. 

Avtomat

Artıq sizin sürücülük vəsiqəniz var və siz fərdi dərslər alaraq avtomat sürətlər qutusunda qəza əleyhinə məşqlərdən istifadə etmək istəyirsiniz. O zaman vaxt itirmədən bizimlə əlaqə saxlayın.

3 həftəlik sürətli kurs

Sürücü vaxtında və sürətli qərar verməlidir. Və biz sizi 3 həftə ərzində hazırlayacayıq. Əgər siz bu dərsə və tempə hazırsinizsa demək siz yola çıxmağa da hazırsınız. 

İmtahana hazırlıq

Sürücülük vəsiqəsi üçün imatahana hazırlıq şəhərin mərkəzində yerləşən geniş ofisimizdə keçirilir. Ən yeni avdanlıqlarla təchiz edilmiş sinif otağında siz imtahana hazırlaşacaq və uğurla bu imtahanı keçəcəksiniz.

Nəzəriyyə

Dərslərimizin əsas hissəsini nəzəriyyə tutur. 30 saat müddətində siz yol hərəkəti qaydalarından tam xəbərdar olacaq və sizə hansı sual düşməyindən asılı olmayaraq ona düzgün cavab verib sürücülük vəsiqənizi əldə edəcəksiniz.

Ödəniş

Ödəniş forması çox rahatdır. Həm 10 dərsdən bir hissə-hissə, həm də tam ödəniş edə bilərsiniz. Biz sizinlə müqavilə bağlayır və ödənişi müqavilə əsasında alırıq. İlk dəfə imtahandan keçməsəniz növbəti 34 saatlıq kurs ödənişsiz olacaq.

Dərs günlərini öyrənmək istəyirsiz ?

© 2016 "Avtostop" sürücülük dərnəyi. www.avtostop.tv

  • Facebook Basic Black
  • YouTube Basic Black